Yaxın Şərq üzərində uçuş həyata keçirən Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi Çin ordusunun hücumuna məruz qalıb.
Redaksiya xəbər verir ki, hadisə Qırmızı dəniz səmasında qeydə alınıb. Çin ordusu tərəfindən havada hərəkətdə olan Almaniya təyyarəsinə lazer silahı ilə hücum təşkil olunub. Hadisə Avropa ölkəsinin təhlükəsizliyi və beynəlxalq aviasiya qaydaları baxımından ciddi narahatlıq doğurub.
Hadisə ilə bağlı rəsmi Berlinin yaxın saatlarda Pekinə etiraz notası təqdim edəcəyi gözlənilir.
Sevinc Kərimova
