CEER EXOBOT sedan və SUV modellərini nümayiş etdirib

CEER EXOBOT sedan və SUV modellərini nümayiş etdirib

Fərid Əlizadə · Media ·

Səudiyyə Ərəbistanının milli avtomobil markası CEER ilk avtomobillərini təqdim edib. Şirkət EXOBOT adı altında sedan və SUV kuzalı iki modeli nümayiş etdirib.

Redaksiya xəbər verir ki, təqdim olunan avtomobillər Səudiyyə Ərəbistanının yerli avtomobil sənayesini inkişaf etdirmək və ölkədə yüksək texnologiyalı istehsalı genişləndirmək strategiyasının bir hissəsidir.

CEER layihəsi elektrik və müasir rəqəmsal texnologiyalara əsaslanan avtomobillərin yerli istehsalını artırmağı hədəfləyir. Şirkətin gələcəkdə həm daxili bazara, həm də ixrac istiqamətlərinə yönəlməsi planlaşdırılır.

EXOBOT sedan və SUV modellərinin texniki göstəriciləri, satış qiymətləri və kommersiya istehsalına başlanacağı tarixlə bağlı əlavə təfərrüatların mərhələli şəkildə açıqlanacağı gözlənilir.