Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Aytac Dəniz · İqtisadiyyat ·

Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.