Britaniya və Fransa Ukrayna üçün NATO təklifini rədd etdi

Britaniya və Fransa Ukrayna üçün NATO təklifini rədd etdi

Könül Məmmədova · Media ·

Britaniya və Fransa NATO ölkələrinin ÜDM-in 0,25 faizini Ukraynaya ayırması təklifini dəstəkləməyib.

Redaksiya The Telegraph-a istinadla xəbər verir ki, təşəbbüs daha əvvəl NATO Baş katibi Mark Rütte tərəfindən irəli sürülüb.

Məlumata görə, London və Paris bu ideyanı rədd edən əsas ölkələr sırasındadır.

Nəşr yazır ki, İspaniya, İtaliya və Kanada da təklifə qarşı çıxıb.

Bununla yanaşı, NATO daxilində yeddi ölkənin təşəbbüsü dəstəklədiyi bildirilir.

Təklif Ukraynaya uzunmüddətli hərbi və maliyyə yardımının daha sabit mexanizmə çevrilməsini nəzərdə tutur.

Lakin alyans daxilində bəzi ölkələr belə öhdəliyin dövlət büdcələrinə əlavə yük yaradacağını və NATO daxilində yeni siyasi mübahisələrə səbəb ola biləcəyini düşünür.