Böyük Britaniya altı Körfəz ölkəsi ilə 3,7 milyard funt sterlinq dəyərində ticarət sazişi imzalayıb.
Redaksiya xəbər verir ki, razılaşma çərçivəsində tariflərin 93 faizinin ləğv olunacağı açıqlanıb.
Saziş xüsusilə ərzaq məhsulları, lüks avtomobillər, müdafiə sənayesi, aviasiya, hotelçilik və xidmət sektorlarını əhatə edir.
London bu razılaşmanı Britaniya şirkətləri üçün Körfəz bazarına çıxışı genişləndirən mühüm addım kimi qiymətləndirir.
Körfəz ölkələri üçün isə saziş Britaniya ilə ticarət, investisiya və texnologiya əməkdaşlığını dərinləşdirmək imkanı yaradır.
Ekspertlər hesab edirlər ki, razılaşma Britaniyanın Brexit-dən sonra qeyri-Avropa bazarlarında iqtisadi mövqeyini gücləndirmək strategiyasının bir hissəsidir.
