BMT-də İndoneziya Prezidentinin çıxışı zamanı mikrofon səsi kəsildi

BMT-də İndoneziya Prezidentinin çıxışı zamanı mikrofon səsi kəsildi

Sevinc Kərimova · Siyasət ·

BMT Baş Assambleyasında İndoneziya Prezidenti Prabovo Subianto çıxışı zamanı Fələstinə dəstək bəyanatları verib. Lakin məhz həmin anlarda zalda texniki problem yaşanıb və dövlət başçısının mikrofon səsi kəsilib.

Redaksiya xəbər verir ki, hadisə nümayəndələr və media tərəfindən diqqətlə izlənilib. Çıxışın qalan hissəsi bərpa olunsa da, mühüm bəyanatların bir qisminin zalda eşidilmədiyi bildirilib.

Texniki xidmət orqanları bunun qəfil nasazlıqdan və ya reqlamentdən dolayı qaynaqlandığını açıqlayıblar. Lakin bundan öncə BMT iclasında Ərdoğanın da səsinin bənzər şəkildə kəsilməsi müşaiət olunmuş, bütün bunların yaşanması beynəlxalq ictimaiyyətdə müxtəlif suallar doğurub.