BlackRock rəhbərinin köhnə müsahibəsi sosial mediada yenidən müzakirə yaradıb

BlackRock rəhbərinin köhnə müsahibəsi sosial mediada yenidən müzakirə yaradıb

Sona Osmanova · Siyasət ·

Sosial mediada yayılan video BlackRock şirkətinin baş icraçı direktoru Larri Finkin əvvəlki illərdə səsləndirdiyi fikirləri yenidən gündəmə gətirib. Video istifadəçilər arasında geniş müzakirələrə səbəb olub və müxtəlif şərhlərlə paylaşılır.

Redaksiya xəbər verir ki, söhbət Larri Finkin 2017-ci ildə DeakBook proqramına verdiyi müsahibədən gedir. Həmin müsahibədə o, şirkətlərdə müxtəliflik məqsədlərinə nail olmaq üçün davranışların məcburi şəkildə dəyişdirilməsindən danışıb.

Müsahibə zamanı Larri Fink bildirib ki, gender, irq və ya komanda tərkibi üzrə müəyyən göstəricilər əldə edilmədiyi halda, bunun maliyyə nəticələrinə və rəhbər şəxslərin gəlirlərinə təsir göstərməsi mümkündür. Sözügedən açıqlamalar hazırda kontekstdən çıxarılaraq yenidən paylaşılır və müzakirə olunur.