ABŞ-ın sabiq prezidenti Co Baydenin prostat vəzində aqressiv xərçəng diaqnozu alması ilə bağlı yeni iddialar ortaya çıxıb. ABŞ Prezidenti Donald Trampın seçki komandası Baydenin bu diaqnozu daha əvvəl aldığını və ictimaiyyətdən gizlətdiyini irəli sürüb.
Redaksiya Al Jazeera-ya istinadən xəbər verir ki, Baydenə yaxın mənbələr bu iddiaları rədd edərək, diaqnozun yalnız son tibbi müayinələr zamanı qoyulduğunu və dərhal ictimaiyyətə açıqlandığını bildiriblər.
Tramp tərəfi isə bu açıqlamaların gerçəkliyi əks etdirmədiyini və Baydenin sağlamlıq vəziyyəti ilə bağlı məlumatların seçkilər öncəsi qəsdən gizlədildiyini iddia edir.
Sevinc Kərimova
