Bakıda Azərbaycan və NATO arasında ekspert görüşü təşkil olunub

Bakıda Azərbaycan və NATO arasında ekspert görüşü təşkil olunub

Sevinc Kərimova · Hərbi ·

Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 2025-ci il üçün təsdiqlənmiş “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı” çərçivəsində paytaxt Bakıda növbəti görüş keçirilib. Tədbir Quru Qoşunlarının “N” saylı hərbi hissəsində baş tutub.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və NATO-nun ekspert heyəti iştirak edib. Toplantıda hərbi əməkdaşlıq məsələləri ətrafında brifinqlər təqdim olunub, tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Müzakirələr zamanı Azərbaycanın NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində mövcud əlaqələrinin inkişafı və gələcək perspektivləri dəyərləndirilib. Hər iki tərəf əməkdaşlığın səmərəli və davamlı olması üçün yeni istiqamətlər üzrə fikir mübadiləsi aparıb.

Görüşün sonunda xatirə fotosu çəkdirilib və qonaqlara rəmzi hədiyyələr təqdim olunub.

Sevinc Kərimova