Baba Vanganın 2026-cı illə bağlı iddiaları yayılıb

Baba Vanganın 2026-cı illə bağlı iddiaları yayılıb

Fərid Əlizadə · Maraqlı ·

Baba Vanqaya aid edilən yeni proqnozlar ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. İddialara görə, onun öncəgörmələrində 2026-cı ildə bəşəriyyət üçün son dərəcə qeyri-adi və təhlükəli hadisələr təsvir olunub.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Baba Vanqanın bu il Yer atmosferinə nəhəng yadplanetli kosmik gəminin daxil olacağını və üçüncü dünya müharibəsinin başlayacağını dediyi bildirilir. Qeyd olunur ki, o, yadplanetli varlıqların niyyətləri barədə konkret məlumat verməyib və yalnız hadisənin miqyasının böyük olacağını vurğulayıb.

Məlumatlarda bildirilir ki, bu iddialar son illər ərzində qeydə alınan naməlum hava hadisələri və kosmosla bağlı mübahisəli müşahidələr fonunda bəzi dairələrdə daha çox diqqət çəkir. Eyni zamanda, artan qlobal gərginliklərin də bu proqnozların yenidən gündəmə gəlməsinə təsir etdiyi qeyd olunur.

Baba Vanqaya aid edilən digər açıqlamalarda dünyanın sonunun yalnız 5079-cu ildə baş verəcəyi, bəşəriyyətin isə ondan əvvəl uzun və çətin sınaqlardan keçəcəyi bildirilir. Bununla yanaşı, onun bir sıra əvvəlki proqnozlarının gerçəkləşmədiyi də xatırladılır və mütəxəssislər bu iddialara ehtiyatla yanaşmağın vacibliyini vurğulayırlar.