“AzSığorta”nın yığımları 9% azalıb

“AzSığorta”nın yığımları 9% azalıb

Aytac Dəniz · İqtisadiyyat ·

“AzSığorta” ASC bu ilin yanvar-iyul aylarında 4 milyon 750 min manat məbləğində sığorta haqqı toplayıb.

Bu barədə Redaksiya Mərkəzi Bankın məlumatlarına əsasən xəbər verir.

Şirkətin hesabat dövründə sığorta yığımları ötən ilin eyni dövrünün göstəricisindən 9,2% aşağı olub.

Belə ki, 2025-ci ilin yanvar- iyul aylarında “AzSığorta”nın sığorta haqları 5 milyon 229 min manat təşkil edib.

Beləliklə, şirkətin sığorta yığımları illik müqayisədə 479 min manat azalıb. (plat.az)