Azərbaycanlı xanıma EBRD-də yüksək vəzifə verildi

Azərbaycanlı xanıma EBRD-də yüksək vəzifə verildi

Aytac Dəniz · Maliyyə ·

Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) KOB Ekosisteminin inkişafı üzrə rəhbər vəzifəsinə təyinat olub.  

Bu vəzifə əslən azərbaycanlı olan Aytən Rüstəmovaya həvalə edilib. 

Qeyd edək ki, A.Rüstəmova 2001-ci ildə EBRD-nin Bakıdakı nümayəndəliyində işə başlayıb. O, 2017-2021-ci illərdə bankın Tacikistan üzrə ölkə meneceri, 2021-2026-cı illərdə isə, Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru olub.  

Məlumat üçün deyək ki, A.Rüstəmova Azərbaycan Dillər Universitetində xarici dillər üzrə magistr dərəcəsi, Xəzər Universitetində və ABŞ-ın Corciya Dövlət universitetində (Georgia State University) MBA (master of business administration – iqtisadiyyat və menecment sahəsində magistr dərəcəsi) təhsili alıb. (Plat.az)