“Embafinans” və vəzifəli şəxsi 24 min manat cərimələnib

“Embafinans” və vəzifəli şəxsi 24 min manat cərimələnib

Aytac Dəniz · Maliyyə ·

BOKT “Embafinans” QSC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.

Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən BOKT “Embafinans” QSC 20 min manat, onun vəzifəli şəxsi isə 4 min manat məbləğində cərimələnib.

Beləliklə, təşkilat və onun vəzifəli şəxsinə tətbiq olunan cərimələrin ümumi məbləği 24 min manat təşkil edib.

 Qeyd edək ki, “Embafinans” QSC-nin əsas səhmdarı Elşad Abbasovdur. O, BOKT-un səhmlərinin 86%-nə sahibdir. Səhmlərin qalan 14%-i Tamara Polyakovaya məxsusdur. Təşkilat 2012-ci ildən fəaliyyət göstərir və istehlak, eləcə də mikro-biznes kreditləri təqdim edir. (Plat.az)