“PAŞA Yatırım Bankası” A.Ş.-nin rəhbərliyinə yeni təyinat olub.
Səhmdarların qərarı ilə bankın daxili audit bölməsinin rəhbəri Xalid Kərim Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub. O avqust ayının 20-dən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Xalid Kərim bank sektorunda karyerasına 2008-ci ildə Azərbaycanda fəaliyyət göstərən “Xalq Bank” ASC-də filial əməliyyatları üzrə mütəxəssis kimi başlayıb. 2010–2014-cü illərdə “Expressbank” ASC-də əməliyyat və filial idarəçiliyi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2014- 2023-cü illərdə “Kapital Bank”ın Daxili Audit bölməsində komanda rəhbəri, menecer və direktor müavini vəzifələrini tutub. 2023–2026-cı illərdə “PAŞA Yatırım Bankası”nda Daxili Audit bölməsinin direktoru vəzifəsində çalışıb. Xalid Kərim ümumilikdə bank sektorunda 18 ildən artıq iş təcrübəsinə malikdir.
Xatırladaq ki, “PAŞA Yatırım Bankası” 2015-ci ildə “PAŞA Bank”ın Türkiyənin “Aksoy Holdinq”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Bankın nizamnamə kapitalı 500 milyon lirədir ki, bu da təxminən 20 milyon manata bərabərdir.
Bankın birbaşa səhmlərinin 71,75%-i “PAŞA Maliyyə Holdinqi”nə, 28,21%-i isə “PAŞA Bank”a aiddir. (plat.az)
