Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar

Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar

Aytac Dəniz · İqtisadiyyat ·

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyində (MKA) yeni kadr təyinatları olub.

Bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov müvafiq əmrlər imzalayıb.

Belə ki, Cəfərov Ceyhun Allahşükür oğlu Kiber əməliyyatları departamentinin direktoru, Əliyev Nizami Mərdan oğlu İnformasiya Texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin direktoru, Fərzəliyev Sahil Yaqub oğlu isə İnformasiya texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin İnfrastruktur təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl C.Cəfərov ABB-də, N.Əliyev “Azerikard”da, S.Fərzəliyev isə “Azərsilah” Müdafiə Sənayesi Holdinqində rəhbər vəzifəsində çalışıblar.

İqtisadiyyat.az