Azərbaycanda sığorta yığımları 1 milyard manatı keçdi

Azərbaycanda sığorta yığımları 1 milyard manatı keçdi

Aytac Dəniz · İqtisadiyyat ·

2026-cı ilin yanvar-iyul ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6 milyon manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 7.3% artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 27% çoxalaraq 671 milyon 436 min manat təşkil edib.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 937 milyon 658 min manat, sığorta ödənişlərinin həcmi isə 529 milyon 307 min manat olub.