Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb

Sevinc Kərimova · Siyasət ·

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb.

Redaksiya xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi yekunlaşıb. MSK mayın 26-da keçiriləcək iclasında yenilənmiş seçici siyahıları ilə bağlı göstəriciləri ictimaiyyətə açıqlayacaq.

Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları hər il fevralın 5-dək öz ərazilərində seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına təqdim etməlidirlər. Dairələr isə ən gec aprelin 5-dək ilkin dəqiqləşdirilmiş siyahıları MSK-ya göndərməlidirlər.

MSK həmin məlumatları ümumiləşdirərək ölkə üzrə vahid seçici siyahısını tərtib edir. Seçicilərin daimi siyahısı isə hər il mayın 30-dək təsdiqlənməlidir.