Avropada müdafiə sahəsində yeni mərhələ başlayır

Avropada müdafiə sahəsində yeni mərhələ başlayır

Sona Osmanova · Siyasət ·

Avropada təhlükəsizlik və müdafiə siyasətində yeni mərhələnin formalaşdığı bildirilir. Almaniya kansleri Merz çıxışında mövcud çağırışlar fonunda Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayıb və bu istiqamətdə əsas prioritetləri açıqlayıb.

Redaksiya xəbər verir ki, Almaniya kansleri Merz müdafiə sahəsində üç əsas məqsədə diqqət yetirilməli olduğunu bəyan edib. Onun sözlərinə görə, birinci məqsəd mövcud sistemlərin sadələşdirilməsidir, çünki hazırda həddindən artıq mürəkkəb texnologiyalar istehsal olunur.

Kansler bildirib ki, ikinci əsas məsələ paralel şəkildə hazırlanıb təmin edilən və maliyyələşdirilən sistemlərin sayının həddindən artıq çox olmasıdır. Merzin fikrincə, bu cür sistemlərin sayının azaldılması həm səmərəliliyi artıracaq, həm də resurslardan daha düzgün istifadə etməyə imkan verəcək.

Çıxışında üçüncü məqsəd kimi istehsal həcminin artırılmasını göstərən Merz qeyd edib ki, sadələşdirmə, sistemlərin sayının azaldılması və istehsalın genişləndirilməsi prinsiplərinə fokuslanmaqla, məhdud dövlət büdcələrinə baxmayaraq, daha güclü müdafiə potensialına nail olmaq mümkündür. Kansler bu yanaşmanın Avropanın uzunmüddətli təhlükəsizlik strategiyası üçün əsas rol oynayacağını vurğulayıb.