Avropa ölkələri Ukraynadakı vəziyyətin tənzimlənməsi çərçivəsində ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək planlarını nəzərdən keçirirlər. Məqsəd mülki aviasiyanın tam fəaliyyətini bərpa etməkdir.
Redaksiya The Telegraph nəşrinə istinadla xəbər verir ki, Avropa rəsmiləri hərbi aviasiyaya qapalı zona yaradılması imkanını müzakirə edirlər. Bu sxemin ilk mərhələdə Ukraynanın qərb hissəsində tətbiq ediləcəyi, sonradan isə tədricən şərq istiqamətinə genişləndiriləcəyi bildirilir. Məqsəd “ölkənin bütün ərazisinin kommersiya aviasiya uçuşları üçün kifayət qədər təhlükəsiz hala gətirilməsi”dir.
Məsələ ilə bağlı planlara görə, bu prosesdə Qərb istehsalı qırıcı təyyarələr və yerüstü hava hücumundan müdafiə sistemləri də iştirak edə bilər. İlk olaraq Lvov hava limanının və Ukraynanın qərbindəki digər aeroportların açılması nəzərdə tutulur.
Sevinc Kərimova
