Avropa Komissiyası Rusiya aktivlərinin müsadirəsi məsələsindən geri çəkildi

Avropa Komissiyası Rusiya aktivlərinin müsadirəsi məsələsindən geri çəkildi

Sevinc Kərimova · Siyasət ·

Avropa Komissiyası, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi məsələsini Aİ sammitinin gündəliyindən çıxarıb. Bu barədə "Facebook" sosial şəbəkəsində Macarıstanın baş naziri Viktor Orban məlumat verib.

Redaksiya EADaily-ə istinadən məlumat verir ki, Orbanın sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen geri çəkildiyini və Rusiya aktivləri məsələsinin gündəliyə salınmayacağını bildirib. O, əlavə edib ki, gecə saatlarında aparılan gizli danışıqlar və hətta mübarizə nəticə verdi və onun anladığına görə, Komissiya sədri Rusiya aktivlərinin sabah müzakirə masasına çıxarılmayacağını deyib.

Xatırladaq ki, Aİ sammiti dekabrın 18-19-da keçirilməsi planlaşdırılır. EADaily-nin məlumatına görə, Belçika Rusiya aktivləri ilə bağlı müxtəlif tərəflərdən güclü təzyiqlərə məruz qalır, buna görə də Aİ onların Kiyevə verilməsi barədə mümkün qədər tez qərar qəbul etməlidir: əgər kimsə onlardan narazıdırsa, Avropa İttifaqını məhkəməyə verə bilər. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas mətbuat konfransında bildirib.