Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan TOLUN-EW sursatı elektron müharibə imkanları ilə diqqət çəkir.
Redaksiya məlumat verir ki, yeni sistem düşmən radarlarını aldatmaq və çaşdırmaq qabiliyyətinə malikdir.
Məlumata görə, TOLUN-EW radar ekranlarında qırıcı təyyarə kimi görünə bilir. Bu isə hava hücumundan müdafiə sistemlərinin yanlış hədəflərə yönəlməsinə səbəb ola bilər.
Sursatın əsas məqsədi düşmənin radar və hava müdafiə şəbəkələrini yanıltmaq, eyni zamanda real hava platformalarının təhlükəsizliyini artırmaqdır.
ASELSAN son illərdə elektron müharibə və ağıllı sursat texnologiyalarına yatırımları genişləndirərək Türkiyənin müdafiə sənayesində əsas şirkətlərdən birinə çevrilib.
