Arda Turan UEFA səhnəsində debüt edir: Beşiktaşın mümkün rəqibi bəlli olur

Arda Turan UEFA səhnəsində debüt edir: Beşiktaşın mümkün rəqibi bəlli olur

Fərid Əlizadə · İdman ·

Türkiyəli məşqçi Arda Turanın rəhbərlik etdiyi Şaxtyor Donetsk bu axşam Avropa Liqasında ilk rəsmi oyununa çıxır.

Redaksiya xəbər verir ki, Arda Turanın başçılıq etdiyi Ukrayna klubu Şaxtyor Donetsk bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək. Sloveniyanın paytaxtı Lyublyanadakı Stadion Stožice-də keçiriləcək görüşdə rəqib Finlandiya təmsilçisi Tampereen İlves olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu görüş, eyni zamanda Türkiyə təmsilçisi Beşiktaşın Avropadakı mümkün rəqibini də müəyyən edəcək. Belə ki, Şaxtyor – Ilves cütünün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Beşiktaşla üz-üzə gələcək. Beləliklə, "qara-ağlar" ya Arda Turanın komandasına, ya da Finlandiya klubuna qarşı oynayacaq.

Arda Turan üçün bu matç onun Şaxtyor Donetskin baş məşqçisi kimi ilk rəsmi imtahanı olacaq. Təhlükəsizlik səbəbilə Ukraynadan kənarda keçirilən oyun həm də məşqçilik karyerasında yeni mərhələyə start verən Turan üçün xüsusi əhəmiyyət daşıyır.

Fərid Əlizadə