Ukraynanın aparıcı futbol klublarından olan Şaxtyor Donetsk, türkiyəli məşqçi və keçmiş ulduz futbolçu Arda Turanla 2027-ci ilə qədər müddətlik müqavilə imzalandığını rəsmən elan edib.
Redaksiya klubun rəsmi açıqlamasına istinadən xəbər verir ki, Arda Turanın komandaya baş məşqçi kimi gətirilməsi Şaxtyorun yenilənmə strategiyasının bir hissəsi olaraq təqdim olunub. Klub rəhbərliyi Ardanın gənc oyunçularla işləmə bacarığına və beynəlxalq təcrübəsinə güvəndiklərini bildirib.
Bu, Arda Turanın Türkiyə xaricində ilk məşqçilik təcrübəsi olacaq. O, son olaraq İstanbul Başakşehir və Galatasaray akademiyasında texniki heyətdə çalışmışdı.
Transfer futbol ictimaiyyətində sürpriz kimi qarşılanıb və Ardanın Şərqi Avropa futbol mühitinə necə uyğunlaşacağı maraqla gözlənilir.
Fərid Əlizadə
