Məlumata əsasən, Apple, Google, Instagram, Facebook, GitHub və Telegram da daxil olmaqla bir çox platformaya aid 16 milyarddan çox giriş parolu internetə sızıb. Bu, indiyə qədər qeydə alınan ən böyük məlumat sızması kimi qiymətləndirilir.
Redaksiya xəbər verir ki, bu sızma VPN xidmətləri, proqramçı portalları və iri şirkətlərin istifadəçi hesablarını da əhatə edib. Mütəxəssislər istifadəçilərə parollarını dərhal dəyişməyi və iki faktorlu identifikasiya (2FA) sistemindən istifadə etməyi tövsiyə edirlər. Bu hadisə kibertəhlükəsizlik sahəsində ciddi narahatlıq yaradıb.
Xəbərdə qeyd olunur ki, bu qədər böyük həcmdə giriş məlumatlarının eyni anda yayılması şəxsi məlumatların təhlükəsizliyi üçün ciddi risk daşıyır və platformaların müdafiə sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.
Fərid Əlizadə
