Anti-terror mütəxəssisi Başbuğ: "İsrail Türkiyəyə F-35 ilə hücuma keçsə.."

Anti-terror mütəxəssisi Başbuğ: "İsrail Türkiyəyə F-35 ilə hücuma keçsə.."

Sevinc Kərimova · Siyasət ·

Türkiyəli anti-terror üzrə mütəxəssis Coşqun Başbuğ İsrailin Türkiyəyə qarşı F-35 təyyarələrindən istifadə edərək hücum ehtimalını dəyərləndirib. O bildirib ki, İsrailin belə bir addımı atacağına inanmır.

Redaksiya xəbər verir ki, Başbuğ açıqlamasında Türkiyənin qısa müddətdə Tel-Əvivə enə biləcək gücə sahib olduğunu vurğulayıb: “Belə bir gücə meydan oxumaq, onu hədəf almaq və ya bu barədə düşünmək belə müəyyən bir bədəl tələb edir.

Ekspert əlavə edib ki, Türkiyə nə İran, nə də başqa ölkələrə bənzəyir: “Açıqlanmayan onlarla fərqli qabiliyyətimiz mövcuddur.

Sevinc Kərimova