Anthropic Astra-ya rəqib yeni Sİ modeli hazırlayır

Anthropic Astra-ya rəqib yeni Sİ modeli hazırlayır

Fərid Əlizadə · Media ·

Anthropic şirkəti OpenAI-ın GPT-6 Astra modelinin sürətlə populyarlaşması fonunda yeni və daha güclü süni intellekt modelini istifadəyə verməyi nəzərdən keçirir. Yeni modelin adı və texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Anthropic hazırda yeni modelin təhlükəsizlik göstəricilərini qiymətləndirir. Mənbələrin məlumatına görə, sınaqlar uğurla tamamlanarsa, model yaxın zamanda təqdim oluna bilər.

Şirkətin yeni model üzərində işi OpenAI-ın Astra ilə korporativ süni intellekt bazarında mövqeyini gücləndirdiyi bir dövrə təsadüf edir. Astra-nın müəssisələr arasında sürətlə yayılması Anthropic üzərində rəqabət təzyiqini artırıb.

Bununla yanaşı, Anthropic-in baş direktoru Dario Amodei son günlər ən qabaqcıl süni intellekt sistemlərinin inkişaf tempinin təhlükəsizlik tədbirlərinin geridə qalmaması üçün daha diqqətlə idarə edilməsinə çağırıb. Buna görə şirkətin yeni modeli bazara çıxarmazdan əvvəl təhlükəsizlik sınaqlarına xüsusi diqqət yetirdiyi bildirilir.