Almaniyanın Türkiyəyə “Eurofighter” satışı Yunanıstanda diplomatik çat yaradıb

Almaniyanın Türkiyəyə “Eurofighter” satışı Yunanıstanda diplomatik çat yaradıb

Sevinc Kərimova · Siyasət ·

Almaniyanın Türkiyəyə “Eurofighter” qırıcılarının satışına razılıq verməsi Yunanıstan mətbuatında “milli fiasko” kimi qiymətləndirilib.

Redaksiya Bankingnews nəşrinə istinadla xəbər verir ki, bu qərar Yunanıstanın təhlükəsizlik strategiyası olan SAFE planının mövqelərini sarsıdıb və diplomatik cəhətdən Afina üçün ciddi uğursuzluq hesab olunur.

Bankingnews qeyd edir ki, Almaniyanın bu addımı Yunanıstanın Avropa İttifaqı çərçivəsində Türkiyəyə qarşı balans yaratmaq cəhdlərini zəiflədir və regionda Ankara üçün mühüm strateji üstünlük yaradır.