Almaniyada ABŞ-yə etimad kəskin şəkildə azalır

Almaniyada ABŞ-yə etimad kəskin şəkildə azalır

Sevinc Kərimova · Siyasət ·

Yeni ictimai rəy sorğusu Almaniyada ABŞ-yə olan etimadın kəskin şəkildə azaldığını ortaya qoyub. Nəticələrə görə, almanların ABŞ-yə münasibətdə etimad səviyyəsi Rusiyaya olan etimadla demək olar ki, eyni qiymətləndirilir.

Redaksiya məlumat verir ki, sorğuda iştirak edən respondentlərin cəmi 15 faizi ABŞ-ni Almaniya üçün etibarlı tərəfdaş hesab etdiyini bildirib. Respondentlərin 76 faizi isə Vaşinqtona etibar etmədiyini qeyd edib. Bu göstərici sorğunun keçirildiyi dövr ərzində qeydə alınmış ən aşağı etimad səviyyəsi kimi dəyərləndirilir.

Araşdırmada digər Avropa ölkələrinə münasibət də öyrənilib. Respondentlərin təxminən dörddə üçü Fransa və Böyük Britaniyanı Almaniya üçün etibarlı tərəfdaşlar hesab etdiyini bildirib.

Mütəxəssislər bu nəticələri Almaniya cəmiyyətində transatlantik münasibətlərə dair artan skeptisizmin göstəricisi kimi qiymətləndirir və bunun gələcək siyasi qərarlara təsir göstərə biləcəyini vurğulayırlar.