Avropa İttifaqı bir neçə Çin şirkətinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir. Politico-nun üç diplomata istinadən verdiyi məlumata görə, bu məsələ 19-cu anti-Rusiya sanksiya paketinə daxil edilə bilər.
Redaksiya xəbər verir ki, 19 sentyabrda sanksiyalar gündəliyi ilə bağlı müzakirələr keçiriləcək. Bu çərçivədə məhdudiyyətlərin siyahısına Çin hüquqi şəxslərinin əlavə olunması məsələsinin də gündəmə gətiriləcəyi bildirilib.
Məhdudiyyətlər Moskvanın hərbi imkanlarını zəiflətməyə yönəlmiş növbəti Avropa İttifaqı sanksiyalar paketinin bir hissəsi olacaq.
