Ağ Evin açıqlamasında bildirilib ki, Qrenlandiya üzərində nəzarət ABŞ-nin Arktika regionundakı mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi mövqeyə görə, bu addım regionda təhlükəsizlik balansının qorunmasına xidmət edir.
Redaksiya məlumat verir ki, Ağ Ev nümayəndəsi jurnalistin ABŞ-nin Qrenlandiyaya nəzarətdən nə əldə edəcəyi ilə bağlı sualını cavablandırıb. Bildirilib ki, əsas məqsəd Arktika regionuna nəzarəti təmin etmək və Çinlə Rusiyanın bu ərazidə fəaliyyət imkanlarını məhdudlaşdırmaqdır.
Açıqlamada vurğulanıb ki, Qrenlandiya üzərində nəzarət Çinin və Rusiyanın Arktikada mümkün aqressiv addımlarının qarşısını almaq üçün zəmanət kimi qiymətləndirilir. Mövzu ABŞ prezidenti Donald Tramp administrasiyasının təhlükəsizlik prioritetləri çərçivəsində şərh edilib.
