Ağ Evin verdiyi rəsmi açıqlamaya görə, ABŞ Prezidenti Donald Tramp, sabah Səudiyyə Ərəbistanında Suriya Dövlət Başçısı Əhməd Şara ilə birbaşa görüş keçirəcək. Görüş, Trampın Körfəz ölkələrini əhatə edən diplomatik səfəri çərçivəsində baş tutacaq.
Redaksiya xəbər verir ki, bu, Tramp administrasiyası dövründə ABŞ ilə Suriya arasında ilk liderlər səviyyəsində rəsmi təmas olacaq və uzun illərdir davam edən siyasi gərginlik fonunda mühüm diplomatik dönüş nöqtəsi kimi dəyərləndirilir.
Görüşdə regional təhlükəsizlik, Suriya böhranının siyasi həlli, qaçqınların geri dönüşü və humanitar yardımların koordinasiyası kimi məsələlərin gündəmdə olacağı gözlənilir.
Prezident Tramp bu kontekstdə verdiyi bəyanatda bildirib:
“Suriyaya bir şans verməyin vaxtı gəldi və onlara bol şans arzulayıram.”
Ağ Ev görüşün detalları və mümkün nəticələri ilə bağlı əlavə məlumatın tezliklə paylaşılacağını açıqlayıb. İzləyirik.
Sevinc Kərimova
