Ağ Ev Kubada rejim dəyişikliyi gözləyir

Ağ Ev Kubada rejim dəyişikliyi gözləyir

Sevinc Kərimova · Media ·

ABŞ Prezidenti Donald Trampın Kuba hökumətinin hələ də hakimiyyətdə qalmasından getdikcə daha çox narazı olduğu bildirilir.

Redaksiya NBC News-a istinadla xəbər verir ki, Vaşinqton aylardır Kubaya qarşı təzyiq siyasətini gücləndirsə də, Tramp daha sürətli nəticə gözləyir.

Ağ Evdə hesab edirlər ki, Kuba hökuməti ilin sonuna qədər ciddi siyasi böhranla üzləşə və hakimiyyəti itirə bilər.

Məlumata görə, Tramp administrasiyası Havanaya qarşı sanksiyalar, diplomatik təzyiq və regional izolyasiya siyasətini davam etdirir.

ABŞ rəsmiləri Kubadakı iqtisadi böhran və daxili narazılığın hökumətin mövqelərini zəiflədə biləcəyini düşünürlər.

Tramp isə prosesin daha tez nəticə verməsini istəyir və Kuba məsələsini yaxın aylarda xarici siyasət gündəminin əsas mövzularından birinə çevirməyə hazırlaşır.