ABŞ hökuməti Venesuela ilə əlaqəli olduğu bildirilən Bella bir adlı neft tankerinin müsadirə olunması imkanını nəzərdən keçirir. Məlumata görə, hazırda ABŞ Sahil Mühafizəsi əməliyyat üçün əlavə qüvvələrin cəlb olunmasını gözləyir.
Redaksiya Reuters istinadla xəbər verir ki, ABŞ Sahil Mühafizəsi sanksiyalara məruz qalan gəmilərə minmə və onların ələ keçirilməsi də daxil olmaqla hüquq-mühafizə tədbirləri həyata keçirmək səlahiyyətinə malikdir. Bununla yanaşı, qurum artan vəzifə yükü, o cümlədən axtarış-xilasetmə və narkotiklərlə mübarizə əməliyyatları üçün resurs çatışmazlığını etiraf edir.
Məlumatda qeyd olunur ki, bundan əvvəl ABŞ-ın Karib hövzəsinə əlavə hərbi qüvvələr və xüsusi təyinatlı hava vasitələri göndərdiyi bildirilib. Ayrı mənbələrin məlumatına əsasən, son günlərdə Puerto-Rikonun Aquadilla bölgəsinə Osprey tipli uçuş aparatları və əlavə MC yüz otuz J Commando ikinci təyyarələri yerləşdirilib.
Xatırladaq ki, dekabrın iyirmi ikisində ABŞ Sahil Mühafizəsi Bella bir tankerinin təqibinə başlayıb. Daha əvvəl isə ABŞ-ın Venesuela sahilləri yaxınlığında üçüncü bir neft tankerini saxladığı barədə məlumat yayılmışdı.
