ABŞ Ukrayna ordusunun maliyyələşdirilməsini dayandırır

ABŞ Ukrayna ordusunun maliyyələşdirilməsini dayandırır

Sevinc Kərimova · Siyasət ·

ABŞ vitse-prezidenti Cey Di Vens Fox News-a müsahibəsində bildirib ki, Vaşinqton Ukrayna ordusunun maliyyələşdirilməsini dayandırır və məqsəd münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır. “Biz bu münaqişənin sülh yolu ilə həllini istəyirik”, — deyə Vens vurğulayıb.

Redaksiya xəbər verir ki, vitse-prezident həmçinin ABŞ prezidenti Donald Trampın, Çinin Rusiya nefti almasına görə bu ölkəyə qarşı rüsumlar tətbiq etməyi düşündüyünü, lakin hələ yekun qərarın qəbul edilmədiyini açıqlayıb.

Siyasi analitiklər hesab edirlər ki, maliyyələşdirmənin dayandırılması və yeni iqtisadi təzyiq mexanizmlərinin nəzərdən keçirilməsi Ukrayna müharibəsində danışıqlar prosesini sürətləndirə bilər.

Sevinc Kərimova