ABŞ səfirinin İsraildəki fəaliyyəti dini bəyanatlar səbəbilə gündəmə gəlib

ABŞ səfirinin İsraildəki fəaliyyəti dini bəyanatlar səbəbilə gündəmə gəlib

Sevinc Kərimova · Siyasət ·

ABŞ-nin İsraildəki səfiri Hakkabi diplomatik missiyasını dini baxışlarla əsaslandıran açıqlama ilə çıxış edib. O, vəzifəsinin İsraili xeyir-dua ilə dəstəkləməklə Tanrının razılığını qazanmaq olduğunu bildirib.

Redaksiya məlumat verir ki, səfir çıxışı zamanı Müqəddəs Kitabdan sitat gətirərək İsraili dəstəkləyənlərin Tanrı tərəfindən xeyir-dua alacağını, əleyhinə olanların isə cəzalandırılacağını vurğulayıb. Onun sözlərinə görə, ABŞ Tanrının xeyir-duasını qazanmaq üçün İsraili dəstəkləməlidir.

Səfir qeyd edib ki, diplomatik fəaliyyətini bu inanc üzərində qurur və ABŞ-nin İsrailə münasibətdə mövqeyi məhz bu prinsipə əsaslanmalıdır. Açıqlama beynəlxalq ictimaiyyətdə diplomatiya ilə dini ritorikanın qarışdırılması mövzusunda müzakirələrə səbəb olub.