ABŞ-ın Türkiyədəki səfiri və eyni zamanda Suriyaya xüsusi nümayəndə Tom Barrack regionda vəziyyətə dair ardıcıl və sərt açıqlamalarla çıxış edib.
Redaksiya xəbər verir ki, Tom Barrack bildirib ki, ABŞ-ın müstəqil bir Kürd dövləti yaratmaq niyyəti yoxdur. O, Suriya Demokratik Qüvvələrinin (SDQ) mütləq şəkildə Şam hökuməti ilə razılığa gəlməli olduğunu vurğulayıb: “Əgər razılaşmasanız, sizin daimi himayədarınız olmayacağıq.”
ABŞ səfiri əlavə edib ki, nə “Azad Kürdüstan”, nə də “müstəqil SDQ dövləti” yaradılacaq. Bu bəyanat regiondakı siyasi balanslara və tərəflər arasında gözlənilən danışıqlara ciddi təsir göstərə bilər.
Sevinc Kərimova
