ABŞ: Şam hücumları yanlış anlaşılma idi, gərginlik artmayacaq

ABŞ: Şam hücumları yanlış anlaşılma idi, gərginlik artmayacaq

Sevinc Kərimova · Siyasət ·

ABŞ Dövlət Departamenti Suriya ilə İsrail arasında baş verən son hadisələrə münasibət bildirib.

Redaksiya xəbər verir ki, departament nümayəndəsi Şamda İsrail tərəfindən həyata keçirilən hava hücumlarını “son dərəcə dağıdıcı” olaraq xarakterizətsə də, bunun bir “yanlış anlaşılma” olduğunu və vəziyyətin gərginliyə səbəb olmayacağını deyib.

“Bu, həll olunmayacaq məsələ deyil. Gərginliyin artmasından söhbət getmir. Biz Suriya ilə münasibətləri gücləndirmək, bölgədə sabitlik yaratmaq istəyirik. Bu səbəblə sanksiyaların yumşaldılması istiqamətində addımlar atırıq”, – açıqlamada bildirilib.

Sevinc Kərimova