ABŞ-da Rusiya əleyhinə yeni sanksiyaların hazırlanması barədə məlumatlar yayılıb. Bu addımlar, Ukrayna ilə müharibəyə dair sülh sazişini diktator Vladimir Putinin rədd etməsi halında tətbiq ediləcək.
Redaksiya Unian-a istinadən məlumat verir ki, Bloomberg nəşri Vaşinqtonda Rusiya əleyhinə yeni sanksiyaların hazırlanması barədə məlumat yayıb. Mənbələrin məlumatına görə, yeni tədbirlər artıq bu həftə açıqlana bilər. Həmçinin, Rusiya neftini daşıyan "kölgə donanması" adlandırılan tankerlərə qarşı sanksiyaların tətbiqi də nəzərdən keçirilir.
Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina da bildirib ki, bir qrup senator ABŞ Senatına "Decreasing Russian Oil Profits Act of 2025" adlı ikitərəfli qanun layihəsini təqdim edib. Bu qanun layihəsi Rusiyadan neft və neft məhsullarının alınmasına və ya onların idxalına kömək edən şəxslərə qarşı sanksiyalar nəzərdə tutur.
ABŞ Maliyyə Nazirliyinin verdiyi lisenziya, adı çəkilən bankların 50% və ya daha çox paya sahib olduğu şirkətlərə də şamil edilir. Lakin bu icazə yalnız mülki nüvə enerjisinin dəstəklənməsi üçün həyata keçirilən əməliyyatlara aiddir. Digər əməliyyatlar sanksiyalara tabedir.
Nazirlik, müəyyən Rusiya bankları ilə 18 iyun 2026-cı il tarixinədək müəyyən əməliyyatların aparılmasına icazə verən ümumi lisenziya verib. Söhbət 21 noyabr 2024-cü il tarixinədək başlanmış layihələrlə bağlı əməliyyatlardan gedir.
ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən müvafiq açıqlamada, sanksiyaların mülki nüvə energetikası layihələrində iştirak edən müəssisələrdən qismən götürüldüyü qeyd olunur.
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın administrasiyası bir sıra Rusiya banklarına qarşı sanksiyaları müvəqqəti dayandırıb.
