ABŞ qüvvələri Venesuela nefti daşıyan 2 tankeri ələ keçirib

ABŞ qüvvələri Venesuela nefti daşıyan 2 tankeri ələ keçirib

Sona Osmanova · Hərbi ·

ABŞ hökuməti Venesuela neft ixracı ilə əlaqələndirilən 2 tankerə qarşı ardıcıl əməliyyatlar həyata keçirdiyini açıqlayıb. Əməliyyatlar Şimali Atlantik okeanı və Karib hövzəsində baş verib və ABŞ qüvvələrinin birbaşa müdaxiləsi ilə nəticələnib.

Redaksiya BBC news-a istinadla xəbər verir ki, Rusiya bayrağı altında üzən Marinera tankeri təxminən 2 həftəlik təqibdən sonra İslandiya ilə Şotlandiya arasındakı sularda saxlanılıb. Əməliyyat zamanı Böyük Britaniya Hərbi Dəniz Qüvvələri hava və dəniz vasitələri ilə logistik dəstək göstərib.

ABŞ tərəfi Karib hövzəsində saxlanılan M T Sophia tankerini isə qeyri-qanuni fəaliyyətlərdə ittiham edib. Rəsmi açıqlamada bildirilir ki, bu tanker Venesuela mənşəli xam neftin daşınmasında iştirak edib.

Məlumata görə, bu addımlar ABŞ-nin Venesuela xam neftinin ixracını kəskin şəkildə məhdudlaşdırmaq strategiyasının tərkib hissəsidir. Hadisələr, Venesuela Prezidenti Nikolas Maduronun Karakasdakı iqamətgahında xüsusi təyinatlılar tərəfindən saxlanılmasından bir neçə gün sonra baş verib.