ABŞ Qəzzadakı atəşkəs razılaşmasına nəzarət üçün İsrailə 200 hərbçi göndərir

ABŞ Qəzzadakı atəşkəs razılaşmasına nəzarət üçün İsrailə 200 hərbçi göndərir

Sevinc Kərimova · Hərbi ·

ABŞ administrasiyası Qəzzada atəşkəs razılaşmasının icrasını dəstəkləmək və nəzarət etmək məqsədilə təxminən 200 hərbçinin İsrailə göndərildiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı bu proses çərçivəsində “mülki-hərbi koordinasiya mərkəzi” yaradacaq.

Redaksiya AP News-a istinadla xəbər verir ki, yeni mərkəzin əsas məqsədi humanitar yardımların bölgəyə təhlükəsiz şəkildə çatdırılması və əməliyyatların logistik idarə edilməsidir. ABŞ rəsmilərinin sözlərinə görə, hərbçilər Qəzzaya daxil olmayacaq, fəaliyyətləri İsrail ərazisi ilə məhdudlaşacaq.

Pentaqon rəsmiləri bildiriblər ki, ABŞ qüvvələrinin bir hissəsi artıq İsrailə çatıb. Həftəsonuna qədər koordinasiya mərkəzinin tam fəaliyyətə başlaması və digər beynəlxalq tərəfdaşların – o cümlədən Qətər, Türkiyə və Misirin də prosesə qoşulması gözlənilir.