ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper Suriyada gərginliyin azaldılması istiqamətində atılan addımları müsbət qiymətləndirdiklərini bildirib və bütün tərəfləri problemlərin dialoq yolu ilə həllinə çağırıb.
Redaksiya xəbər verir ki, Bred Kuper Suriya hökumət qüvvələrindən Hələb və Tabqa arasındakı ərazilərdə bütün hücumları dərhal dayandırmağı tələb edib.
O qeyd edib ki, İŞİD-ə qarşı əməliyyatların davamı ABŞ və koalisiya qüvvələri ilə tam koordinasiya şəraitində, suriyalı tərəfdaşlarla birgə həyata keçirilməlidir.
Bred Kuper vurğulayıb ki, regionda sülh və sabitliyin təmin olunması üçün Suriyanın həm daxildə, həm də qonşuları ilə barışmış bir dövlətə çevrilməsi həyati əhəmiyyət daşıyır.
