ABŞ məhkəməsi Trampın tarif siyasətini rədd edib

ABŞ məhkəməsi Trampın tarif siyasətini rədd edib

Könül Məmmədova · Media ·

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Trampın 10 faizlik qlobal gömrük rüsumu siyasətinin əleyhinə qərar çıxarıb.

Redaksiya “Reuters”ə istinadla xəbər verir ki, məhkəmə idxal məhsullarına tətbiq edilən ümumi 10 faizlik rüsumların 1970-ci illərə aid ticarət qanunu əsasında əsaslandırılmadığı qənaətinə gəlib.

Məlumata görə, qərar Tramp administrasiyasının genişmiqyaslı tarif siyasətinə növbəti hüquqi zərbə kimi qiymətləndirilir.

Sözügedən rüsumlar ABŞ-ın ticarət tərəfdaşlarına qarşı tətbiq edilmişdi və biznes dairələri, eləcə də bir sıra ştatlar tərəfindən məhkəmədə mübahisələndirilirdi.

Qərarın Tramp administrasiyasının tarif strategiyasına və xarici ticarət danışıqlarına təsir göstərə biləcəyi bildirilir.