ABŞ-da yaşayan gənc IT mütəxəssisi 28 yaşına qədər 10 milyon dollar topladığını və erkən pensiyaya çıxmaq istədiyini açıqlayıb. Lakin o, bu məbləğin gələcəkdə özünə bəs edib-etməyəcəyindən narahat olduğunu bildirib və bu etiraf sosial şəbəkələrdə müzakirə dalğası yaradıb.
Redaksiya xəbər verir ki, onun paylaşımı altında yazılan şərhlər daha da böyük qalmaqala səbəb olub. Bir çox IT mütəxəssisi gəncin narahatlığını ələ salaraq 10 milyon dolların “çox az” olduğunu iddia edib və daha yüksək sərvətə sahib olduqlarını qeyd edib.

Şərh yazanlardan biri “sənin yaşında məndə 30 milyon dollar var idi, artıq gecikmisən” deyərkən, digəri ən azı 30 yaşına qədər 50 milyon dollar toplamağın vacibliyini irəli sürüb. Bəzi istifadəçilər isə ABŞ-da pensiya üçün 10 milyon dolların yetərli olmayacağını iddia edərək gəncin narahatlığını daha da artırıblar.
Sosial şəbəkələrdə isə bu müzakirə “milyonerlərin problemi” kimi ironik şəkildə dəyərləndirilərək geniş şəkildə paylaşılmağa davam edir.
