ABŞ-li evangelist lider Yaxın Şərqdəki müharibə ilə bağlı açıqlama verib

ABŞ-li evangelist lider Yaxın Şərqdəki müharibə ilə bağlı açıqlama verib

Sevinc Kərimova · Siyasət ·

ABŞ-də fəaliyyət göstərən evangelist dini lider Con Hagi beynəlxalq proseslərlə bağlı açıqlama verərək, mövcud gərginliklərin dini mətnlərdə təsvir edilən hadisələrlə oxşarlıq təşkil etdiyini bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyət “Gog və Maqog müharibəsi” kimi tanınan ssenarini xatırladır.

Redaksiya xəbər verir ki, Con Hagi çıxışında Rusiya, İran, Türkiyə və radikal islamçı qrupların İsrailə qarşı birləşəcəyini iddia edib. O, bu birliyin ilahi iradə ilə İsrail ərazisinə yönləndiriləcəyini və nəticədə həmin qüvvələrin böyük hissəsinin məhv ediləcəyini söyləyib.

Dini liderin açıqlamaları ABŞ və beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ekspertlər bu cür bəyanatların dini ritorika çərçivəsində verildiyini, lakin regional gərginlik fonunda əlavə narahatlıq yarada biləcəyini bildirirlər. Qeyd olunur ki, Yaxın Şərqdəki proseslər siyasi və hərbi amillərlə izah edilir və dini proqnozlar rəsmi mövqeləri əks etdirmir.