ABŞ Dövlət katibi Marko Rubio: "Suriya keçici hökuməti çökə bilər"

ABŞ Dövlət katibi Marko Rubio: "Suriya keçici hökuməti çökə bilər"

Sevinc Kərimova · Siyasət ·

ABŞ Dövlət katibi Marko Rubio, Suriyadakı siyasi vəziyyətlə bağlı kəskin xəbərdarlıqla çıxış edib. O, ölkədə fəaliyyət göstərən keçici hökumətin qarşısındakı çətinliklərin yaxın gələcəkdə onu tamamilə zəiflədə və ölkəni yenidən vətəndaş müharibəsinə sürükləyə biləcəyini bildirib.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Rubio bəyanatında deyib: “Dəyərləndirmələrimizə əsasən, Suriya keçici hökuməti qarşısında duran ciddi maneələri aşmaqda çətinlik çəkir. Bu strukturun bir neçə həftə və ya ay içində çökəcəyi ehtimalı realdır. Bu da ölkənin yenidən genişmiqyaslı daxili qarşıdurmaya sürüklənməsi demək ola bilər.

Rubio əlavə edib ki, ABŞ bu ssenarinin qarşısını almaq üçün diplomatik və humanitar yollarla bölgədə sabitlik yaratmaq niyyətindədir. Eyni zamanda o, beynəlxalq ictimaiyyəti də məsuliyyətə dəvət edərək, Suriya daxilində siyasi sabitliyin qorunması üçün birgə fəaliyyətə çağırıb.

Sevinc Kərimova