ABŞ-dan Qəzza Zirvəsi üçün rəsmi dəvətlər: Siyahıda Azərbaycan da var

ABŞ-dan Qəzza Zirvəsi üçün rəsmi dəvətlər: Siyahıda Azərbaycan da var

Sevinc Kərimova · Siyasət ·

ABŞ bazar ertəsi Şarm əl-Şeyxdə keçiriləcək Qəzza Zirvəsi üçün rəsmi dəvət məktublarını göndərib.

Redaksiya Axios nəşrinə istinadla xəbər verir ki, zirvəyə dəvət olunan ölkələr arasında İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, El Salvador, Cənubi Kipr Rum İdarəsi, Yunanıstan, Bəhreyn, Küveyt, Kanada və İran da var. Görüş ayın 13-ü, Bakı vaxtı ilə 15:30‐16:25 radələrində keçiriləcək.

Mənbələrin bildirdiyinə görə, İsrail zirvədə iştirak etməyəcək. Zirvə Qəzzada atəşkəsdən sonrakı mərhələdə beynəlxalq koordinasiyanın təmin olunması məqsədilə keçiriləcək.