ABŞ və Çin mövcud ticarət atəşkəsinin müddətinin uzadılması ilə bağlı danışıqları davam etdirir. Məsələnin ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin arasında keçiriləcək görüşdə əsas mövzulardan biri olacağı bildirilir. Bu barədə The New York Times məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Vaşinqton mövcud ticarət razılaşmasının daha altı ay uzadılmasını təklif edib. Pekin isə razılaşmanın daha uzun müddətə qüvvədə qalmasını istəyir.
Tərəflər tariflər, strateji məhsulların ixracı və digər ticarət məhdudiyyətləri ilə bağlı fikir ayrılıqlarını azaltmağa çalışırlar. Mövcud atəşkəs ABŞ və Çin arasında ticarət gərginliyinin nəzarətdə saxlanmasına xidmət edir.
Tramp və Si arasında keçiriləcək danışıqlarda razılaşmanın hansı müddətə uzadılacağı və əlavə iqtisadi məsələlər üzrə ortaq mövqenin əldə olunub-olunmayacağı əsas müzakirə mövzularından olacaq.
