ABŞ Dövlət Departamenti Çinin Tayvana və regiondakı digər tərəflərə yönəlmiş hərbi fəaliyyətləri və ritorikasının gərginliyi əsassız şəkildə artırdığını bəyan edib.
Redaksiya məlumat verir ki, rəsmi Vaşinqton Pekini təmkinli davranmağa, Tayvana qarşı hərbi təzyiqləri dayandırmağa və bunun əvəzinə mənalı dialoqa üstünlük verməyə çağırır.
Bəyanatda ABŞ-ın Tayvan boğazında sülh və sabitliyi dəstəklədiyi, status-kvonun zorakılıq və ya məcburiyyət yolu ilə birtərəfli dəyişdirilməsinə qarşı çıxdığı xüsusi olaraq vurğulanıb.
