ABŞ Azərbaycan və Ermənistanla bağlı tarixi görüşün sənədlərini açıqladı

ABŞ Azərbaycan və Ermənistanla bağlı tarixi görüşün sənədlərini açıqladı

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Trampın 8 avqustda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Vaşinqtonda keçirdiyi tarixi görüşün yekun sənədləri dərc olunub.

Redaksiya xəbər verir ki, açıqlanan sənədlər Cənubi Qafqazda sülhün yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Onların sırasında bunlar yer alır:

  • Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamə;
  • ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında Strateji Əməkdaşlıq üzrə Xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu;
  • ABŞ hökuməti ilə Ermənistan hökuməti arasında “Sülh Yolları” potensialının gücləndirilməsi üzrə tərəfdaşlığa dair Anlaşma Memorandumu;
  • ABŞ hökuməti ilə Ermənistan hökuməti arasında Süni İntellekt və Yarımkeçirici İnnovasiya tərəfdaşlığına dair Anlaşma Memorandumu;
  • ABŞ hökuməti ilə Ermənistan hökuməti arasında Enerji Təhlükəsizliyi tərəfdaşlığına dair Anlaşma Memorandumu.

Sevinc Kərimova