ABŞ aviadaşıyıcısı Yaxın Şərq missiyasını başa vurub

ABŞ aviadaşıyıcısı Yaxın Şərq missiyasını başa vurub

Yulduz Səlimov · Media ·

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Gerald R. Ford aviadaşıyıcısı və onu müşayiət edən zərbə qrupu Yaxın Şərqdəki missiyasından sonra ABŞ-a qayıtmağa başlayıb.

Redaksiya AP və Stars and Stripes-a istinadla xəbər verir ki, gəminin uzunmüddətli yerləşdirmədən sonra Norfolk hərbi-dəniz bazasına dönəcəyi gözlənilir.

Məlumata görə, USS Gerald R. Ford 300 gündən çox davam edən rekord yerləşdirmə çərçivəsində əvvəlcə Avropa və Karib hövzəsində, daha sonra isə İranla gərginlik fonunda Yaxın Şərqdə fəaliyyət göstərib.

Aviadaşıyıcı mart ayında əsas camaşırxana bölməsində baş verən yanğınla gündəmə gəlmişdi. ABŞ rəsmiləri yanğının döyüşlə əlaqəli olmadığını və gəminin hərəkət sisteminə zərər dəymədiyini bildirmişdilər.

Hadisə nəticəsində bir neçə hərbçi tibbi yardım almış, gəmi isə təmir üçün müvəqqəti olaraq Kritdəki Suda körfəzinə yönləndirilmişdi.

USS Gerald R. Ford-un əsas bazasına qayıdışı gəminin texniki baxışdan keçirilməsi və uzun deploymentdən sonra ekipajın istirahəti baxımından vacib mərhələ hesab olunur.